Türkiyə qiyamının lideri: `Hulusi Akarın çevrilişdən xəbəri vardı`

Türkiyə qiyamının lideri: `Hulusi Akarın çevrilişdən xəbəri vardı`
  17 İyul 2016    Oxunub:3715
Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilən general, Hərbi Hava Qüvvələrinin keçmiş baş komandanı Akın Öztürk mətbuata açıqlama göndərib.

AzVision.az xəbər verir ki, Ankarada tutulan general yaxınları vasitəsilə “Doğan” agentliyinə göndərdiyi açıqlamada haqqında səslənən ittimları qəbul etmədiyini bildirib.

“Mən demokratiyaya qarşı yönəlmiş cinayətdə iştirak etməmişəm. Əlimdən gələni etmişəm ki, ölkəmiz yaranmış mövcud mürəkkəb vəziyyətdən minimal itki ilə çıxsın. Qiyama cəhdlər başlayan andan sonadək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın yanında oldum, onunla birlikdə hərəkət etdim.

Hərbi Hava Qüvvələrinin komandanı Abidin Unalın məsləhəti ilə qiyamçılarla danışıqlara getdim və onları niyyələrindən yayındırmağa çalışdım”.

Akın Öztürk bəyan edib ki, Hulusi Akarın hərbi çevrilişə hazırlıqdan xəbəri vardı.

Qeyd edək ki, Türkiyədə qiyam cəhdinin lideri kimi təqdim olunan general Akın Öztürk vətənə xəyaət maddəsi ilə ittiham olunur.

AzVision.az





Teqlər:  





Xəbər lenti