Putin Ərdoğana zəng etdi - Başsağlığı verdi

AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Türkiyədə baş verən qiyamda çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, Ərdoğana başsağlığı verib.
Vladimir Putin dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı Rusiyanın prinsipial mövqeyini ifadə edib.
Telefon danışığında Türkiyədə rusiyalı turistlərin təhlükəsizliyi məsələləri də müzakirə olunub.
Dövlət başçıları yaxın gələcəkdə görüşmələri barədə əvvəlki telefon danışığında razılığa gəldiklərini təsdiq ediblər.
AzVision.az