Hulusi Akar necə girov götürülməsindən danışdı

NTV-nin məlumatına görə, hərbi çevrilişə cəhd edənlər ona çevriliş haqqında bəyanatı imzalatmaq istəyiblər. Hətta "bunu imzalasanız, həyatınız təhlükədə olmaz" deyə xəbərdarlıq da edilib.
Yanındakı komandanlarla birlikdə Ankaradakı hərbi bazaya gətirilən H.Akar və digər rütbəlilər ayrı-ayrı otaqlarda saxlanılıblar. Hətta onlara uzun müddət yemək və su verilməyib. Tualetlə bağlı belə problemlər yaşanıb.
H.Akar ona silah çəkdiklərini, müqavimət göstərməyə çalışanda isə dava düşdüyünü deyib. Boynundakı göyərti izləri də də bu zaman olub.
Toplantıda boğazı kəsilərək öldürülən əsgər də gündəmə gəlib. CHP lideri Kamal Kılıçdaroğlu dini işlər üzrə nazir Mehmet Görmezdən məsələ ilə bağlı açıqlama tələb edib.
AzVision.az
Teqlər: