Türkiyədə ikinci çevriliş cəhdinin qarşısı alındı

Həmin hərbçilər Malatyadakı aviabazada F-4E 2020 qırıcı-bombardmançı təyyarələrni ələ keçirərək hərbi çevrilişin ikinci dalğasına başlamaq istəyiblər. Hətta təyyarələrə bomba və raketlər daşınıb.
Lakin Malatya valiliyi və polis idarəsi bundan xəbər tutan kimi aviabazaya polislər, habelə ARFF adlandırılan hava limanında xilasetmə və yanğınsöndürmə heyətləri yollayıblar.
Polislərlə ARFF heyətləri ağır yük maşınlarını uçuş-enmə zolaqlarına sürərək qırıcıların səmaya qalxmasının qarşısını alıblar. Eyni zamanda uçuş-enmə zolağı 12 bomba atılaraq sıradan çıxarılıb.
Aviabazada dövlət çevrilişinin ikinci dalğasını gerçəkləşdirmək istyənlərin həbsi ilə bağlı əməliyyat aparılıb. Tutulan 39 zabit arasında 12-ci aviabazanın komandanı, general-leytenant Cemal Akyıldız da var. HHQ-nın polkovniki Erhan Baltaçıoğlu isə Kayseridə yaxalanıb
AzVision.az