Ermənistanda 200 nəfər saxlanılıb

Ermənistanda 200 nəfər saxlanılıb
  18 İyul 2016    Oxunub:1730
Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hazırda onlardan 50-si sərbəst buraxılıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.

Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti