İstanbula xüsusi təyinatlı qüvvələr yeridildi

AzVision.az-ın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlılarla yanaşı şəhərə həmçinin `zirehli kobra` və `əjdər` adlandırılan texnika da yeridilib.
İstanbul təhlükəsizlik xidmətinin rəisi Mustafa Çalışkan icazə olmadan şəhər üzərində uçan helikokopterlərin xəbərdarlıq etmədən vurulmasına dair əmr verib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-i baş vermiş hərbi çevriliş cəhdi nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.
İlkin Nəcəfzadə
AzVision.az