Nitsadakı terroru İŞİD törətməyib - Nazir

Nitsadakı terroru İŞİD törətməyib - Nazir
  18 İyul 2016    Oxunub:2710
Fransanın Nitsa şəhərində terror hadisəsi törətmiş yük maşınının sürücüsü Məhəmməd Buhlel ilə terror təşkilatları arasında bağlılıq aşkarlanmayıb.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə RTL radiostansiyasının efirində çıxışı zamanı Fransanın daxili işlər naziri Bernar Zaznev bildirib.

Xatırladaq ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzintiyə çıxan insanların üzərinə sürüb. İnsident nəticəsində aralarında xarici ölkə vətəndaşlarının da olduğu 84 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hadisə ilə əlaqədar 6 nəfərin saxlandığı bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti