Qiyam zamanı 208 nəfər ölüb - Binəli Yıldırım

Qiyam zamanı 208 nəfər ölüb - Binəli Yıldırım
  18 İyul 2016    Oxunub:1825
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinə görə 7500 nəfər tutulub.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Nazirlər Kabinetinin iclasında deyib. Onun sözlərinə görə, saxlanılan şəxslərin 755 nəfəri hakimdir.

Baş nazir əlavə edib ki, dövlət çevrilişinə cəhd nəticəsində 208 nəfər ölüb, onlardan 60 nəfəri polis, üçü hərbçi, 145-i isə mülki şəxsdir, 1491 nəfər isə xəsarət alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti