İrəvanda gərginlik artır: Silahlılar Sarkisyana ultimatum göndərdi

İrəvanda gərginlik artır: Silahlılar Sarkisyana ultimatum göndərdi
  18 İyul 2016    Oxunub:15034
Biz prezident Serj Sarkisyanın istefası tələbindən geri çəkilməmişik.

Bu sözləri İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupun başçılarından biri Varujan Avetisyan lragir.am saytına müsahibəsində deyib. O bildirib ki, onların tələblərindən biri Jirayr Sefilyanın azad edilməsi və onunla danışıqların başlanması olub: “Mahiyyətcə, bu danışıqlar artıq başlayıb və məsələni üçüncü yolla həlli məsələsi müzakirə edilir”.

Girovların hamısının azad edilib-edilməməsi məsələsinə gəldikdə isə V.Avetisyan bildirib ki, bunun nə vaxt mümkün olacağını demək çətindir: “Mənə elə gəlir ki, çətinliklər var, buna görə də bunun bu gün olub-olmayacağını deyə bilmərəm”.

Onun sözlərinə görə, silahlı qrup tələblərindən geri çəkilməyib: “Biz fikirlərimizdən imtina etməmişik və Serj Sarkisyanın istefası tələbindən imtina etmirik. Sadəcə hazırda Jirayr Sefilyan məsələni sarsıntısız həll etməyi təklif edib”.

Qeyd edək ki, İrəvanda polis bölməsini ələ keçirən və 6 polisi girov götürən silahlı qrup bu gün səhər bir nəfəri azad edib. Ermənistanın Milli təhlükəsizlik Xidməti bəyanat yayaraq silahlıları təslim olmağa çağırıb, lakin vəziyyətdə hələ ki dəyişiklik baş verməyib. (Azərtac)

AzVision.az



Teqlər:  





Xəbər lenti