Peskov Türkiyə və İrəvan qiyamını müqayisə etdi

“Bir halda, söhbət xeyli insan ölümü ilə nəticələnən hakimiyyətin güc yolu ilə devrilməsindən, digər hallarda isə ayrı-ayrı kriminal təzahürlərdən gedir”, - deyə Peskov bildirib.
Peskov, həmçinin Rusiya sərhədlərinin təhlükəsizliyinin etibarlı şəkildə qorunduğunu, bu ölkələrdə vəziyyətin diqqətlə izləndiyini bildirib: “Təbii ki, sərhədlərimiz yanında belə burulğanlıqların olması narahatlıq doğurur. Bu vəziyyəti daha ciddi şəkildə izləmək, analiz etmək lazımdır. Daxil olan məlumatlara əsasən lazımı tədbirlər görülür”.
Eldar Tanrıverdiyev
AzVision.az