Ərdoğanın danışdığı telefonla bağlı fantastik təklif - 1 milyon

Ərdoğanın danışdığı telefonla bağlı fantastik təklif - 1 milyon
  18 İyul 2016    Oxunub:14801
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə hərbi çevrilişə cəhd zamanı videomüraciəti yayımlanan mobil telefonla bağlı fantastik təklif irəli sürülüb.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezidentin Türkiyə xalqını "FaceTime"dan küçələrə çağırdığı telefonu almaq üçün ərəb iş adamı 1 milyon riyal (417,688 AZN) verməyi təklif edib.

Qeyd edək ki, Ərdoğanın videomüraciəti “HaberTürk” kanalının jurnalisti Hande Firatın telefonu vasitəsi ilə yayımlanıb.

Müraciət zamanı Ərdoğan ölkə vətəndaşlarını meydanlara çağırmışdı.

Məlumat üçün bildirək ki, iPhone markalı telefonun təxmini qiyməti 1000 dollar divarındadır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti