Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinə verildi

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinə verildi
  20 İyul 2016    Oxunub:28321
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.
AzVision.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib: "Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcək".

Bakı Ali Neft Məktəbinin (BANM) mətbuat xidmətindən verilən məlumata görə,Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilib.

Qərara əsasən, Qafqaz Universitetinin tələbələri ali təhsilini, professor-müəllim heyəti isə elmi və pedaqoji fəaliyyətini BANM-də davam etdirəcək. Qafqaz Universiteti BANM-in idarəçiliyi ilə fəaliyyət göstərəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti