İrəvanda atışma: Qiyamçılar güllələndi, 30 nəfər tutuldu (VİDEO)

İrəvanda atışma: Qiyamçılar güllələndi, 30 nəfər tutuldu (VİDEO)
  27 İyul 2016    Oxunub:4125
İrəvanda ötən gün polis binasını ələ keçirmiş silahlı qrupla polis arasında atışma olub. Nəticədə iki qiyamçı yaralanıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib

“Danışıqlar davam etdirilir, polis əməkdaşları yaralılara tibbi yardımın göstərilməsini təklif edir, lakin silahlılar bu təklifi rədd edirlər”, - deyə Aqaronyan bildirib.

Məlumata görə, polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb.

Polislər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələbinin əks olunduğu plakatları cırıblar.

Qeyd edək ki, ötən gecə atışma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti