Avropa Birləşmiş Ştatları yarana bilərmi? – TƏHLİL

Avropa Birləşmiş Ştatları yarana bilərmi? – TƏHLİL
  28 İyul 2016    Oxunub:9913
Britaniyada baş tutan referendumda (Brexit) ölkənin Avropa Birliyini tərk etməyini istəyənlər 51.9% səs ilə qələbə çalıdılar. Bir çox analitiklər bunu Birliyin dağılmasının başlanğıcı kimi də qələmə verdilər. Bəzi eksperlər Şotlandiya və İrlandiyanın Britaniyanın tərkibindən çıxaraq, AB-da üzvü kimi qalacaqlarına dair fikirlər səsləndirməyə başladılar.

Belə bir mürəkkəb məqamda Avropa Birliyinin siyasi elitası müxtəlif yolların axtarışında idi. AB-nin vahid şəkildə qorunub saxlanması üçün Avropa liderləri "Brexit"in digərləri üçün president olmamasına çalışırdılar. Almaniya və Fransanın dövlət rəhbərləri masa üzərində olan bütün mümkün variantları gözdən keçirməyə başladılar.

"Brexit"dən sonra, təxminən iyun ayının sonuna yaxın Britaniya və Polşa mediasının əldə etdiyi və yaydığı gizli məlumatlara görə, Avropa İttifaqının gələcəyi ilə bağlı "Avropa Birləşmiş Ştatları" adlı layihə üzərində iş gedir. Qeyri-rəsmi bilgilərə görə, layihə həyata keçiriləcəyi halda Avropa İttifaqı üzvlərinin birgə iştirakı ilə bir növ "Super dövlət" kimi təqdim olunan model yaradıla bilər.

Konsprilogiya kimi səslənsə də, bəzi eskperlərə görə, bu, SSRİ-yə bənzər bir model də ola bilər. Belə bir paradigmanın çıxış yolu olacağına dair Fransa və Almaniya xarici işlər nazirlərinin səsləndirdiyi fikirlərdən də müsbət baxışları sezmək olur.

Britaniyanın "Express" qəzeti də iyun ayının 28-də yayımladığı xəbərdə bildirir ki, "Brexit"ə alternativ olaraq AB-nin lider dövlətləri tərəfindən "nəhəng super dövlət" planı hazırlanır.

Qeyri-rəsmi sızan informasiyalara görə, sözügedən sistemin ayrıca ordusu, konstitusiyası, maliyyə instututları olacaq və ən əsası, bütün mexanizmə nəzarət hüquqi idarəedici mərkəz olaraq Brüsselin ixtiyarına keçəcək.

"Daily Mail" qəzeti isə Avropa Birliyinin özünün iqtisadi və sosial gücünü itirməməsi üçün dəyişikliklərə gedəcəyini yazır.

"Bexit"-in baş tutmasında sonra Polşanın "TV İnfo" televiziya verlişinin yayımladığı bəzi dəlillərə görə, Avropaya inteqrasiya və sıx əməkdaşlıq məsqədi ilə 1991-ci ildə yardılmış "Viseqrad qrupu" ölkələri (Polşa, Çexiya, Macarıstan, Slovakiya) boş birlikdən savayı bir şey deyilimiş.



AB daxilində birliyinin yenidən restruktizasiya edilməsinə qarşı yanaşmada ikili fikir formalaşıb. Bəzilərinə görə, bu qərara ehtiyac var, digərlərinə görə isə, qətiyyən gərək yoxdur. Misal üçün, Polşanın xarici işlər naziri Vitold Vaszçikovski məsələyə münasibətində bildirib ki, "Avropa İttifaqı yarandığı ilk gündən indiyədək islahat yolu keçə-keçə gəlib və kompleks dəyişiklik heç də yaxşı ideya deyil: “Biz istəmirik ki, AB texnokratların nəzarətinə keçsin".

Avropa Birliyi daxilində Britaniya boşluğunu doldura biləcək yeni üzv, yaxud üzvlərin qəbul edilməsi ilə bağlı fikirlər də dolaşmaqdadır. Lakin bu məsələ ilə bağlı hələ ki birmənalı, konkret rəsmi yanaşma ortaya qoyulmayıb.

İtaliyanın “baş mühasibi” Lorenzo Kondign isə yeni üzvlərin qəbulu məsələsilə əlaqədar "Express" qəzetinə verdiyi açıqlamasında qeyd edib ki, "Avropa Birliyinə yeni üzvlərin qəbulu, İttifaqın belə bir şəraitdə genişlənməsi real görünmür və bu bu addım heç də siyasi iradənin göstərici olmazdı". Onun fikrincə, hazırkı vəziyyətdə çox böyük risklərlər mövcuddur. Mərkəzi lokomativ sayılan ölkələr öz güclərini itirməkdədirlər və belə bir şəraitdə inteqrasiya çətin, həyata keçməyən proses ola bilər.

Əksər siyasi analitiklərin rəyincə, Avropa Birliyini laxladan, zədələyən səbəblər qısa zaman ərzində ardan qaldırılmalı, modernizasiya edilməli və nöqsanlar həllini tapmalıdır. Əlbəttə ki, islahatların reallaşdırıldığı halda Avropa Birliyinin vahid şəkildə qalması davam edə bilər. Əks halda, AB-nin bundan sonra var olub-olmaması ciddi suallar doğuracaq.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti