Erməni biznesmen özünü öldürmək istədi

 Erməni biznesmen özünü öldürmək istədi
  22 Avqust 2016    Oxunub:1746
Moskva ətrafındakı Protvino qəsəbəsindən olan iş adamı erməni Sergey Sedrakyan Lyuberets şəhər məhkəməsində ona elan olunan hökmü ədalətsiz hesab etdiyindən özünü öldürməyə cəhd edib.
AzVision.az Modern.az-a istinadən xəbər verir ki, soyğunçuluq etdiyinə görə onun ciddi rejimli həbsxanada cəza çəkməsi ilə bağlı hökm çıxarılıb.

Erməni iş adamı isə iddia edir ki, günahsızdır və onu şərləyiblər. Məlumatda qeyd edilir ki, avtoservisin sahibi olan Sergey Sedrakyan bi il əvvəl atasının tanışının evinə hücum edib. O zaman zərəçəkənlər onun 1,2 milyon rubl oğurladığını iddia ediblər.

“Qonşu ilə adi məişət çəkişməsi, dava olub. Ancaq zərərçəkənlər ərizə yazaraq bəyan ediblər ki, külli miqdarda pul olan çanta oğurlanıb. Halbuki Sergey onu götürməyib. Sonradan onlar deyiblər ki, əgər 500 min rubl ödənilərsə, ərizəni geri götürəcəklər”, - təqsirkar hesab olunanın dostu deyib.

Onun sözlərinə görə, Sedrakyana qarşı işdə anlaşılmazlıq olub, ona görə biznesmen polislərlə və məhkəmə özbaşınalığı ilə mübarizə üçün radikal üsul seçib: “O, özünə qarnından və qolunun venasından xəsarətlər yetirib”.

Məhkəmə nəzarətçiləri baş verən hadisələrə operativ reaksiya verərək Sergey Sedrakyandan ülgüc götürüblər. O, qan içində tibb müəssisəsinə aparılıb, zəruri yardım edilib. Hazırda həyatına təhlükə yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti