Paşinyan: “Məqsədimiz odur ki, 50 metrliyimizdə Azərbaycanın olmasına sevinəsiniz"

   Paşinyan:    “Məqsədimiz odur ki, 50 metrliyimizdə Azərbaycanın olmasına sevinəsiniz"
  18 Aprel 2024    Oxunub:563
Hakimiyyət istəyir ki, sərhədyanı kəndlərdə yaşayanlar Azərbaycanın (Sərhədçilərimizi nəzərdə tutur-red.) Ermənistanın sərhəd kəndlərinə daha da yaxınlaşmasından təşvişə düşməsinlər.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kiranç kəndinin sakinləri ilə görüşündə deyib.

Paşinyan yenidən sərhəddə yaşayanlarla görüşdü
Ermənistanın baş nazirinin sosial şəbəkə hesabında görüşə dair bəzi fraqmentlər də əks olunub. Qeyd edilir ki, toplantı Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə həsr olunubmuş.

“Məqsədimiz ondan ibarətdir ki, siz həyəcanla “Azərbaycan bizdən 50 metr aralıdadır” deməyiniz. Deyəsiniz ki, “yaxşı ki, 50 metr o tərəfdə Azərbaycan yerləşir, biz burada ticarətlə məşğul olacaq, təsərrüfat quracayıq. Avtomobillərin keçəcəyi və Ermənistan Respublikasına vəsait ödəniləcək bir keçid məntəqəsi də tikilsin”, - Paşinyan qeyd edib.

Eyni zamanda, o, yerli sakinlərin təhlükəsizlik zəmanətləri ilə bağlı gözləntilərindən də söz açıb. Baş nazir "yüz faiz zəmanətin olmadığını" deyib. Lakin "o addım-addım 90 və ya daha çox faizə çatacağıq" deyib. O iddia edib ki, İrəvan belə bir xətt götürsə, Ermənistan yüz dəfə güclənəcək.

Baş nazir dünən Tavuş vilayətinin Voskepar kəndinin sakinləri ilə də yenidən görüşmüşdü.
Onun Voskepara əvvəlki səfəri bir ay əvvəl - martın 18-də baş tutub. Baş nazir burada rezonans doğuran bəyanatla çıxış edib. O, delimitasiya məsələsinin müzakirəsindən imtinanın Azərbaycanla yeni müharibəyə gətirib çıxara biləcəyini deyib. Həmin vaxt yerli media bunu ölkə rəhbərinin xalqı təhdid etməsi kimi qiymətləndirmişdi.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermistan   Başnazir  





Xəbər lenti