Səbaildə 8 ayda 80 sərxoş sürücü tutulub
Reyd zamanı cərimələri Mərkəzi Məlumat Xidmətində qərarsız kimi qeyd olunan sürücülər müəyyənləşdirilərək saxlanılıb, onlara pozduqları yol hərəkəti qaydaları barədə məlumat verilib və yerindəcə müvafiq sənədlər təqdim edilib.
Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücülər müəyyənləşdirilərək saxlanılıb. Həmin sürücülərin nəqliyyat vasitələri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Qeyd edək ki, bu ilin 8 ayı ərazində Səbail rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 18000 artıq inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 59000 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Qeyd edilən dövrdə Səbail rayonu ərazisində kobud qayda pozuntularına yol verən 3050, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə edən 80 sürücü müəyyən edilərək barələrində qanuni tədbir görülüb.
AzVision.az