Daha bir konqresmendən Azərbaycanla bağlı bəyanat
Azərbaycanın tarix boyu Sovet İttifaqı istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilib. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilklərdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilib. Azərbaycanın günbəgün müdafiə, əkskəşfiyyat və terrorçuluq əleyhinə mübarizə sahəsində əməkdaşlıq etdiyi, 11 sentyabr hadisələrindən sonra ABŞ-a təmənnasız dəstək verdiyi diqqətə çatdırılıb.
Konqresmen Gaetz çıxışın sonunda Azərbaycan xalqının tərəqqisinin və ABŞ-la möhkəm münasibətlərinin növbəti 100 ildə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Çıxışın video yazısı ilə https://www.c-span.org/video/?c4734527/congressman-matt-gaetz-100-year-anniversary-republic-azerbaijan internet səhifəsində tanış olmaq mümkündür.
AzVision.az
Teqlər: ABŞ Azərbaycan