DİN-dən
AzVision.az-a verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də rayonun Ə.Naxçıvani küçəsindən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Salmanov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindən daha 3 velosiped oğurlaması da müəyyən edilib.
AzVision.az