Narkotik vasitə ilə tutulan şəxsin Lənkəran rayonu ərazisində bir sexdən, bir avtomobildən və yeddi evdən oğurluq etməsi də müəyyən edilib.
DİN-dən Azvision.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulan Abdulla Abdullayevin ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin iyul-oktyabr ayları ərzində rayon ərazisində bir sexdən 6 ədəd elektrik generatorunu, bir avtomobildən və yeddi evdən pul, velosiped, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.