- Mən bunu gözləmirdim. Əvvəlcə mənə elə gəldi ki, məzələnirlər. Amma sonra başa düşdüm ki, yox, ciddidirlər – deyə Levin seçimə münasibət bildirib.
Adam Levin hazırda `Victorias Secret` modalar evinin modeli Behati Prinsli ilə nişanlıdır.
Yada salaq ki, indiyə qədər Şon Konneri, Tom Kruz, Harrison Ford, Riçard Gir, Conni Depp, Cud Lou, Bred Pitt, Corc Kluni dünyanın ən seksual kişiləri seçiliblər. Sonuncu ikisi hətta bu titulu iki dəfə qazanıb.