Azərbaycandan beynəlxalq quruma dəstək
Müzakirələrdən sonra Assambleyanın səsverməsi nəticəsində HK-nin mandatının uzadılması qəbul edilmişdir.
HK-nin sessiyalarında aşağıdakı hüquqi sənədlərin layihələrinin razılaşdırılması məsələsi durur:
Ənənəvi biliklərin qorunması: maddələrin layihələri;
Ənənəvi mədəniyyət ifadələrinin qorunması: maddələrin layihələri;
Əqli mülkiyyət, genetik resurslar və genetik resurslarla əlaqəli ənənəvi biliklər sahəsində beynəlxalq hüquqi sənədin layihəsi.
Zəngin ənənəvi bilik və ənənəvi mədəniyyət ifadələrinin (folklorun) xalqımızın mədəni irsinin incilərindən olduğunu nəzərə alsaq, bu sənədlərin qəbul edilməsi onların beynəlxalq səviyyədə daha etibarlı qorunmasına dəstək ola bilərdi.
Qeyd edək ki, 2003-cü ildə ”Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. ÜƏMT ölkələri arasında sahə üzrə ilk milli qanun olan bu sənəd Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Azvision.az