“Şəkər həkim getdikdən sonra nişanlısı ilə telefonla danışıb”
Deputat qeyd edib: "Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur.
Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş. Dünən Şəkərin oxuduğu qrupun tələbələri onu son mənzilə yola salmağa gəlmişdilər".
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat verilib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Tələbələrdən Həmidə İbadova və Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.
Ölən qız BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır. Əslən Qusar rayonundan olan Ş.Xasmətova nişanlı olub və yayda onun toyu olacaqdı.
Azvision.az
Teqlər: BDU Tələbə Zəhərlənmə