Müdafiə naziri aprel döyüşlərində azad edilmiş mövqelərdə - VİDEO+FOTOLAR
Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr və bayram sovqatları təqdim edib.
Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra nazir ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.
Sonra Müdafiə naziri səyyar tibb hospitalına baş çəkərək burada müalicə olunan əsgərlərlə və hərbi tibb müəssisəsinin personalı ilə də görüşüb, onları bayramlar münasibətilə təbrik edərək hədiyyələr təqdim edib.
Azvision.az