DİN-dən Gəncədəki hadisə ilə bağlı məlumat

DİN-dən Gəncədəki hadisə ilə bağlı məlumat
  24 Dekabr 2013    Oxunub:1182
Gəncə şəhər sakini Əflatun Abdıyevdən 1 ədəd “F-1” qumbarası götürülüb.
Daxili İşlər Nazirliyi dünən Gəncədə baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 23-də saat 11 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Abdıyev qeyri-rəsmi nigah münasibətlərində olduğu həmyerlisi Gülnar Nəbiyevanın Dədə Qorqud küçəsində yaşadığı mənzilə gəlmiş və aralarında baş vermiş mübahisə zəminində qumbara partladacağını bildirib.

Görülmüş tədbirlər nəticəsində Ə.Abdıyev 1 ədəd “F-1” qumbarasını təhvil verərək təslim olub.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti