Ağdaşda avtomobil mağazaya girib, satıcı xəsarət alıb
25 Dekabr 2013
Oxunub:1227
Ağdaş rayonunda yol qəzası baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Ağdaş şəhərində qeydə alınıb. “Mercedes” markalı minik maşını idarəetməni itirərək, mağazaya girib və orada satıcı işləyən rayon sakini, 1962-ci il təvəllüdlü Fətəliyeva Xuraman Əlibala qızını vurub. Yaralı təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.