İtalyan senator Ermənistanın soyqırım və müharibə cinayətlərini pislədi
“Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını qəbul etdi. Son 24 saat ərazində baş verənlər Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq toqquşmaları gərginləşdirməsinə növbəti bir sübutdur. Ermənistanın raket hücumları nəticəsində 10 mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb".
İtalyan senator qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırım və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir.
Bəyanatının sonunda senator M.Rizzotti beynəlxalq ictimaiyyətdən və İtaliya hökumətindən gözləntilərinin Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləmələri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etmələləri olduğunu deyib.
İtalyan senatorunun bəyanatı İtaliyanın Agenzia Nova xəbər agentliyi tərəfindən yayılıb.
Azvision.az