Erməni qadın Xocalı qatilinə satqın dedi - VİDEO

  Erməni qadın Xocalı qatilinə satqın dedi -   VİDEO
  04 Aprel 2021    Oxunub:2684
Xocalı qatillərindən olan keçmiş erməni komandir Sasun Mikaelyan yerli jurnalistlərə müsahibə verən zaman yaxınlıqdan keçən bir qadın onu təhqir edib.
Azvision.az xəbər verir ki, erməni qadın Mikaelyana yaxınlaşaraq, onun satqın olduğunu bildirib. Dərhal mühafizəçilər müdaxilə edərək qadını ərazidən uzaqlaşdırıblar. Sasun isə qadına söyüş söymək istəsə də, mikrafon önündə özünü zorla saxlayıb.

Xatırladaq ki, Sasun Mikaelyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklər törədən keçmiş döyüşçülərdən biridir. 1958-ci ildə anadan olan Mikaelyan birinci Qarabağ müharibəsində "Sasun” adlı terrorçu qruplaşma yaradaraq Azərbaycana qarşı vuruşub.

O, həmçinin Ermənistanda bələdiyyə sədri və deputat seçilib. 2008-ci ildə Koçaryan hakimiyyətinə qarşı çıxdığı üçün həbs olunub. Sonuncu dəfə 2018-ci ildə Nikol Paşinyanın partiyasından deputat seçilib. Hazırda Ermənistan parlamentinin üzvüdür.

Mikaelyan ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ağır yaralanmışdı.



Tural Tağıyev
Azvision.az


Teqlər: Xocalı-qatili   Deputat   satqın  



Xəbər lenti