`.az` domenlərinin sayı artıb

`.az` domenlərinin sayı artıb
  01 Mart 2014    Oxunub:1455
Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçmiş domenlərin sayı artıb.
“.az” domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş domenlərin sayı 22 mini keçib. Domen adların əksəriyyəti- 20 min 496-sı “.az”ın payına düşüb. Həmçinin, 838 ədədi isə “.com.az” domeni ilə qeydiyyatdan keçib.

Bundan başqa, “.mil.az”, “.sheki.az” “.samux.az”, “.zaqatala.az”, “.gence.az”, “ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydə alınıb.

İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.


Teqlər:



Xəbər lenti