Ruben Vardanyan: “Biz ağır xəstəyik”
- Həll yollarını təklif etməzdən əvvəl bizim harada olduğumuzu, bizə nə olduğunu başa düşmək lazımdır. Biz bu il ərzində böyük iş aparmışıq və mən böyük əminliklə deyə bilərəm ki, bizə nə olduğunu anlayırıq: biz ağır xəstəyik və yaralanmışıq. Özü də bu iqtisadiyyat və 2020-ci ilin müharibəsi məsələsi deyil. Bu millət kimi bizim böhranımızdır. Çünki bu böhran yalnız Ermənistanda yox, bütün dünyada mövcuddur. Bu baxımdan, biz xəstə olduğumuzu başa düşmək kimi kifayət qədər ağır vəziyyətlə üzləşmişik , - rusiyalı milyarder qeyd edib.
Vardanyan belə halda 2 problemin ortaya çıxdığını bildirib. Xəstəyə düzgün diaqnoz qoyulması və xəstənin diaqnozu qəbul edərək, sağalmaq üçün mübarizə aparması. Amma burada psixoloji durum böyük rol oynayır.
“Psixoloji baxımdan, birinci halda dəhşətli xəstəlik barədə biləndə buna inanmıram, iknici halda mən mübarizə aparacağam və xəstəliyə qalib gəlmək üçün nə lazımdırsa edəcəyəm. Üçüncü variant isə, mən hər şeylə barışmışam, “qoy ölüm” seçimidir. İnsana xas olan bu 3 davranış modeli cəmiyyətlərə münasibətdə də belədir. Yalnız bizim cəmiyyətdə yox, ümumilikdə erməni millətinin müxtəlif səviyyələrində hansı əsas problemlərin mövcud olduğunu öyrənmək üçün bütün il ərzində cəmiyyətin müxtəlif təbəqələri arasında yalnız Ermənistanda yox, habelə ölkənin hüdudlarından kənarda yaşayan ermənilər arasında çoxlu sayda sosioloji sorğular aprmaqla yanaşı, müxtəlif səviyyələrdə diskussiyaların keçirilməsinə cəhdlər göstərmişik. Gəlinən nəticəni isə mən səsləndirdim” – Ruben Vardanyan vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Vardanyan Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


