Bu gün qar yağacaq

Bu gün qar yağacaq
  09 Aprel 2014    Oxunub:841
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 09-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti