Moskvada azərbaycanlı biznesmen qətlə yetirildi

Moskvada azərbaycanlı biznesmen qətlə yetirildi
  13 Aprel 2014    Oxunub:947
Ənvər Həsənovun güllələnmiş meyidi məxsus olduğu "Mercedes" markalı avtomobilin içində aşkarlanıb.Onun maşınından külli miqdarda pul tapılıb.
Gecə saatlarında Moskvada öldürülən azərbaycanlı biznesmenin avtomobilindən külli miqdarda nəğd pul tapılıb. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə Moskvanın cənub-şərqində baş verib. Ənvər Həsənovun güllələnmiş meyidi məxsus olduğu "Mercedes" markalı avtomobilin içində aşkarlanıb. Avtomobil Novomarinskaya küçəsi, 38 nömrəli evin yaxınlığında dayanıb. aşkarlanıb.

Hadisə yerinə milis əməkdaşları gəlib. Hadisə yerinə baxış zamanı avtomobilin içində və bayırında gilizlər tapılıb. Ənvər Həsənova başından və ürəyindən atəş açıblar.

Moskva polisi artıq ölüm faktını təsdiqləyib. Ölüm hadisə işə bağlı cinayət işi açılıb. Cinayətkarlar 52 yaşlı həmyerlimizi özünün “Mercedes” markalı avtomobilini idarə edərkən vurublar.


Teqlər:





Xəbər lenti