AzVision.az “The Times of Israel”ə istinadla xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin araşdırmalar və ixtiralar şöbəsinin rəhbəri, general Yaniv Rotem (Yaniv Rotem) “Dəmir Şüa”nın mürəkkəb vəziyyətlərdə uğurla sınaqdan çıxdığını təsdiqləyib. “Bu sahədə lazerin tətbiqi oyun qaydalarını dəyişəcək”,- deyə general bildirib.
"Iron Beam" Lazer şüası ilə vurulmuş PUA İsrailin müdafiə naziri Beni Hansa təqdim olunub. İsrail “Iron Beam” sisteminin texniki göstəricilərini (məsələn, lazerin gücünü) tam açıqlamır. Amma çatışmazlığını etiraf edir: buludlu hava və pis görmə şəraitində bu silah effektli olmaya bilər. Ona görə də, qurğunun təyyarərlərin üzərində quraşdırılan versiyası da hazırlanacaq
Yada salaq ki, ötən il baş tutan 11 günlük müharibə zamanı Qəzza sektorundan İsrailə 4000-dən çox raket və mərmi atılmışdı. Bu təhlükələrə qarşı İsrail hava hücumundan çoxsəviyyəli müdafiə sistemi ilə qorunur: yaxın məsafəli “Dəmir Qübbə”, orta məsafəli “David Qalxanı” və uzaq məsafəli “Ox”, “Patriot”. İndi “Dəmir Şüa” bu sistemə xırda hədəflərdən müdafiə qatı da əlavə edəcək.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


