Ağdərə istiqamətində “dəqiqləşən mövqelərimiz” – FOTOLAR

   Ağdərə istiqamətində “dəqiqləşən mövqelərimiz” –    FOTOLAR
  16 Aprel 2022    Oxunub:6435
2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarına əməl etməyən erməni tərəfi Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasını fürsət bilərək, yeni istehkam və infrastruktur qurmağa çalışsa da, bir neçə istiqamətdə total uğursuzluqla qarşılaşıb.

Təhlükədən təmizlənən “Xaçınçay” – FOTOLAR
Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi terminologiyası ilə desək, genişmiqyaslı "mövqe dəqiqləşdirilməsi”ndən sonra Ermənistanın işğalçı kontingentinin qalıqları bir neçə istiqamətdəki mövqelərini itirərək, geri çəkilməyə və hətta birləşmə strukturunu dəyişməyə məcbur olub. Proses müxtəlif intensivliklə bütün keçmiş təmas xəttində, o cümlədən, Ağdərə yüksəkliklərində davam edir.


Amma Fərrux kəndi və eyniadlı yüksəklik ətrafında gerçəkləşdirilən əməliyyatdan fərqli olaraq, buradakı proseslər siyasi müstəvidə aparılan danışıqlar sayəsində mümkün olub.


Ağdərə istiqamətində atəşkəsdən sonra qurulan düşmən istehkamları, daha dəqiq desək, 13 post və dayaq məntəqəsi boşaldılıb, qanunsuz silahlı birləşmələrin bölmələri isə bir neçə kilometr geriləyərək, sülməramlıların arxasında gizləniblər. İndi onlar mənasız xidmət apardıqları çadırlarının üzərində heç üçrəngli əski parçasını da qaldırmağa cürət etmirlər.


Ərazini isə onlardan sonra qalan, müharibə zamanı məhv edilmiş istehkam texnikası və yanmış tanklar “bəzəyir...”


Qeyd olunmalıdır ki, Ağdərə yüksəkliklərində ordumuzun nəzarətinə keçən düşmən mövqeləri, onların ətrafı və kommunikasiyalar hələ də təhlükəli sayılmaqdadır. Çünki 44 günlük müharibə zamanı qızğın döyüşlərin getdiyi bu ərazi partlamamış sursat və erməni terrorçularının geri çəkilərkən basdırdıqları minalarla doludur.



Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:   Ağdərə   Qarabağ  



Xəbər lenti