Britaniya kəşfiyyatı: "Mariupolda Çeçenistan və Suriya metodu tətbiq edilir"

      Britaniya kəşfiyyatı:   "Mariupolda Çeçenistan və Suriya metodu tətbiq edilir"
  18 Aprel 2022    Oxunub:1298
"Ukrayna Silahlı Qüvvələrinin birgə müqaviməti rus hərbçiləri üçün ciddi sınaq oldu və Rusiyanın irəliləyişini ləngitdi". AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Kəşfiyyatçılar qeyd edirlər ki, rus komandirlər Mariupolun tutulmasının nə qədər vaxt aparacağından narahatlıq keçirilər. Yəni prosesi proqnozlaşdırmaq çətinləşib.
"Bu müqavimət rus qoşunlarını ağır sınaqdan keçirdi, canlı qüvvə və texnikanı yayındırdı ki, nəticədə Rusiyanın başqa istiqamətlərdə irəliləməsini ləngitdi. Mariupolun ələ keçirilməsi cəhdləri onun sakinlərinə xeyli itkilər bahasına başa gəlib. Böyük infrastruktur dağıdılıb",- məlumatda deyilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Mariupoldakı yaşayış ərazilərinin hədəfə alınması Rusiyanın 1999-cu ildə Çeçenistanda və 2016-cı ildə Suriyada tətbiq etdiyinə oxşar yanaşmadır. “Halbuki, Rusiya Müdafiə Nazirliyi fevralın 24-də şəhərlərə zərbələr endirməyəcəyi, Ukrayna əhalisini təhdid etməyəcəyi barədə bəyanatlar yaymışdı”, - kəşfiyyatçılar vurğulayıblar.

Tural Tağıyev
AzVision.az


Teqlər:



Xəbər lenti