Uşaqlara dondurma alan Paşinyan tənqid olundu - VİDEO

   Uşaqlara dondurma alan Paşinyan tənqid olundu -    VİDEO
  01 İyun 2022    Oxunub:1922
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə mətbuatın tənqidinə tuş gəlib. AzVision.az xəbər verir ki, yerli saytlar 1 iyun uşaqların beynəlxalq müdafiəsi günündə baş nazirin uşaqlara dondurma almasını əks etdirən video yayıblar.
"Baş nazirin həyat yoldaşı Anna Akopyan sosial şəbəkələrdə video yayıb. Görüntülərdə Nikol Paşinyan uşaqları başına yığaraq onlara dondurma yedizdirir. Daha doğru marketdən donruma aldıqdan sonra onlarla şəkil çəkdirir. Anna Akopyan videonun altında “Uşaqların Beynəlxalq Müdafiəsi Gününüz mübarək” yazıb. Əlbəttə bu nəcib addımdır. Amma yaxşı olardı ki, baş nazir uşaqların hüquqlarının qorunması istiqamətində də belə xoş addımlar atardı", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti