İçində müəmmalı silah olan tank belə partladı - VİDEO

   İçində müəmmalı silah olan tank belə partladı -    VİDEO
  10 İyun 2022    Oxunub:2308
Ukrayna mediası Rusiya tankının sıradan çıxarılmasını əks etdirən yeni video yayıb. AzVision.az xəbər verir ki, saytlar uğurlu əməliyyatın İvan Mazepa adına 54-cü əlahiddə mexanikləşdirilmiş briqadaya məxsus K2 döyüş qrupu tərəfindən reallaşdırıldığını yazıblar.
Çimərliyi kaset bombaları ilə vurdular - VİDEO
Qeyd edilir ki, Donetsk vilayətinin Marinka şəhərinin kənarında rusların hərbi texnikası vurulduqdan sonra yanmağa başlayıb. Videoda diqqət çəkən məqam isə tankın bir anda partlayaraq xırda detallara ayrılmasıdır. İddia olunur ki, zirehli maşında hansısa yeni növ təhlükəli raket və s. sursat olub.

Sosial şəbəkələrdə paylaşılan video diqqət çəkib. Bəzi hərbi ekspertlər normal halda tankın vurulandan sonra uzun müddət yandığını deyirlər. Belə nəhəng partlayışlar isə nadir görüntü və hadisədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Tank  



Xəbər lenti