Vurulan tank ballistik raket kimi partladı- VİDEO

   Vurulan tank ballistik raket kimi partladı-    VİDEO
  16 İyun 2022    Oxunub:1935
Ukraynada gedən ağır döyüşlərə dair yeni video yayılıb. AzVision.az xəbər verir ki, yerli medianın dərc etdiyi görüntülərdə Lvov desantçılarının "Javelin" tank əleyhinə raket sistemindən məharətlə istifadə etməsi əks olunub.
Ukraynanın elit bölməsi xeyli sayda texnikanı külə döndərdi - VİDEO
Qeyd edilir ki, onlar "Javelin"lərlə rusların iki T-90 müasir tankını sıradan çıxarıblar. Saytlar diqqət çəkən məqam kimi tanklardan birinin az qala ballistik raket kimi partlamasını göstərib. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu partlayışla bağlı maraqlı iddialar da irəli sürülüb. Bəzi ekspertlər tankların zirehli döyüş maşınları olduğu üçün rusların təhlükəli raketlərin məhz onların vasitəsilə mənzil başına çatdırdıqlarını iddia ediblər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Tank   Ukrayna  



Xəbər lenti