|
| Tayvan hava limanına Pelosinin öldürüləcəyi barədə məktub daxil olub |
Görüntülərdə Çin hərbçilərinin PUA-nı necə işə salması, artilleriyanın işləməsi, raket buraxılışları əks olunub.
Çin mediasının məlumatına görə, Fujiana olan və eləcə də oradan baş tutan bütün uçuşlar qəfil ləğv edilib.
Qeyd edək ki, son həftə ərzində Çin ordusu müntəzəm olaraq canlı atışlar da daxil olmaqla təlimlər keçirir. İyulun 30-da Şərqi Çində döyüş komandanlığı Cənubi Çin dənizində təlimlər keçirib. Avqustun 1-dən avqustun 4-dək isə ölkənin şərqindəki Bohai körfəzinin sularında təlimlər keçiriləcək.
Bir çox müşahidəçilər Çin ordusunun fəaliyyətini təkcə Çin Ordusunun 95-ci ildönümü qeyd etmələri ilə deyil, həm də Pelosinin Tayvana gətirib çıxaracan Asiya turu ilə əlaqələndirirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


