Tayvan hava limanına Pelosinin öldürüləcəyi barədə məktub daxil olub

   Tayvan hava limanına Pelosinin öldürüləcəyi barədə məktub daxil olub
  02 Avqust 2022    Oxunub:1518
Taypeyin "Taoyuan" hava limanına ərayə üç partlayıcı qurğunun qoyulması ilə bağlı məktub daxil olub. Hədə-qorxu xarakterli məktubun göndərilməsində məqsəd ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinin qarşısını almaq olub. Baxmayaraq ki, onun olduğu təyyarənin başqa hava limanında enəcəyi gözlənilir.
Çinin 4 qırıcısı Tayvanın hava məkanına daxil oldu
“Huanqiu Shibao” nəşri hadisə ilə bağlı yazır ki, Pelosi Tayvana çərşənbə axşamı gecə saatlarında gələ bilər və təhdid məktubu isə hava limanına səhər saatlarında daxil olub. Məktubun mətnində bildirilirdi ki, “ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərinin qarşısını almaq üçün hava limanına üç partlayıcı qurğu qoyulub”.

Aeroportun administrasiyası dərhal hava limanının təhlükəsizlik xidməti, Nəqliyyat Nazirliyi, Mülki Aviasiya İdarəsi və polisi hadisə ilə bağlı xəbərdar edib. Hüquq-mühafizə orqanları təhdid məktubunu göndərənin kimliyini öyrənməyə çalışır.

Hava limanında evakuasiya elan edilməsə də, işçilər maksimum sayıq olmağa çağırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tayvan  



Xəbər lenti