Çinin 4 qırıcısı Tayvanın hava məkanına daxil oldu

   Çinin 4 qırıcısı Tayvanın hava məkanına daxil oldu
  01 Avqust 2022    Oxunub:1757
Çin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Tayvanın Hava Hücumundan Müdafiə Tanıma Zonasına daxil olub.
Bu barədə ada respublikasının hərbi idarəsinin rəsmi saytında məlumat yerləşdirilib. Adanın cənub-qərbindəki sular üzərində dörd J-16 döyüş təyyarəsi manevr edib. Tayvan silahlı qüvvələri ÇXR aviasiyasının hərəkətlərinə cavab olaraq bir sıra radio xəbərdarlıqlar ediblər.

Taypey və Pekin arasında münasibətlərin gərginləşməsi Nensi Pelosinin Tayvana mümkün səfəri xəbərləri fonunda baş verir. ABŞ Nümayəndələr Palatasının spikeri Ağ Evin şübhələrinə baxmayaraq, bunu edə bilər.


AzVision.az



Teqlər:



Xəbər lenti