Putinin raket bəyanatı Böyük Britaniyanı təşvişə salıb

   Putinin raket bəyanatı Böyük Britaniyanı təşvişə salıb
  02 Avqust 2022    Oxunub:1159
Britaniya mətbuatı Rusiya prezidenti Vladimir Putinin ordunun yeni raketlərlə silahlandırılacağına dair sözlərinin Böyük Britaniyada həyəcan və ciddi narahatlıq yaratdığını yazıb. AzVision.az xəbər verir ki, söhbət Putinin yaxın vaxtlarda Rusiya Silahlı Qüvvələrinə “Zirkon” hipersəs raket sistemlərinin tədarükünə başlanacağı barədə bəyanatından gedir.
Britaniyalı analitik Duqlas Payent məsələ ilə bağlı deyib: “Bu hipersəs silahı səsdən doqquz dəfə sürətlə hərəkət edə bilir. Son bir il ərzində Rusiya tank əleyhinə sistemlərdən və sualtı qayıqlardan “Zirkon”un çoxlu sınaq buraxılışlarını həyata keçirdi və hamı da bunu gördü”.

O vurğulayıb ki, bu sürətlə “Zirkon” Londona beş dəqiqəyə çata bilər. Analitik həmçinin Putinin Milli Donanma Gününün əsas paradında çıxışı zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin Rusiyanın suverenliyinə və azadlığına xələl gətirən hər kəsə cavab verə biləcəyini söyləməsinə də diqqət çəkib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti