Rusiyadan "Pelosi qalmaqalına" reaksiya: "Təxribatdır"
Rusiya XİN qeyd edib ki, Tayvan boğazı tərəfləri arasında münasibətlər sırf Çinin daxili işidir:
“Çinin Tayvan məsələsində öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görmək hüququ var”.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanda səfərdədir. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub. Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


