İranda daşqınlar nəticəsində 90 nəfər ölüb

İranda daşqınlar nəticəsində 90 nəfər ölüb
  03 Avqust 2022    Oxunub:1195
İranda aramsız yağan yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində azı 90 nəfər həlak olub.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Daha 8 nəfərin itkin düşdüyü bildirilir. Bundan əvvəl 69 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Qeyd edək ki, aramsız yağan yağışlar nəticəsində baş verən sel İranın İsfahan, Mərkəzi, Fars, Mazandaran, Gilan, Tehran vilayətlərində ağır fəsadlar törədib. Adı çəkilən vilayətlərə böyük maddi ziyan dəyib.

AzVision.az



Teqlər:



Xəbər lenti