Hindistanda daşqınlar: 13 nəfər öldü

Hindistanda daşqınlar:    13 nəfər öldü
  03 Avqust 2022    Oxunub:839
Hindistanın cənub-qərbindəki Karnataka və Kerala ştatlarında musson yağışları nəticəsində yaranan daşqınlar 13 nəfərin ölümünə səbəb olub.
Bu barədə “The Times of India” məlumat yayıb. Qeyd olunub ki, Kerala ştatında 6, Karnatakada isə 7 nəfər ölüb. İki ştatda yağışlar və daşqınlar nəticəsində yüzlərlə ev dağılıb, mindən çox insan təbii fəlakət zonasından müvəqqəti düşərgələrə köçürülüb.

Ştatların ərazisində hava təhlükəsinin sarı səviyyəsi qalmaqdadır. Hakimiyyət balıqçıların dənizə çıxmasını qadağan edib. Karnataka və Kerala ştatlarında güclü yağışlar həftənin sonuna qədər davam edəcək.


AzVision.az


Teqlər:



Xəbər lenti