ABŞ ordusunda intiharlar rekord həddə çatdı

   ABŞ ordusunda intiharlar rekord həddə çatdı
  03 Avqust 2022    Oxunub:786
ABŞ-da 2021-ci ildə rekord sayda əsgər intihar edib. Belə ki, orduda keçən il intiharların sayı 176 nəfərə çatıb ki, bu da 1938-ci ildən bəri ən yüksək intihar göstəricisidir.
Statistikaya görə, intihar nisbəti 2015-ci ildən artmağa başlayıb. Qeyd edək ki, 2015-ci ilin əvvəlindən 3,4 mindən çox amerikalı hərbçi intihar edib ki, bu da Əfqanıstanda 20 illik hərbi əməliyyatlarda ölənlərdən təxminən min nəfər çoxdur. 2022-ci ilin əvvəlindən ABŞ ordusunda 72 intihar hadisəsi qeydə alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti