Daha bir erməni Azərbaycan Prezidentinə müraciət etdi - Video |
Bu ilin iyununda həmin şəxs Baqrataşen keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə keçib və avqustun əvvəlində videomüraciət yayıb Ermənistan vətəndaşlığından imtina edərək Azərbaycandan ona vətəndaşlıq verilməsini istəyib.
Digər analoji hadisə Ermənistan vətəndaşı İ.V.-nin iştirakı ilə baş verib. O, Türkiyədə, İstanbulda yaşayıb və xarici kəşfiyyata cəlb olunub. Həmin şəxs vaxtaşırı sosial şəbəkələrdə ermənilər əleyhinə açıqlamalar verib, Azərbaycan hakimiyyətini, rəsmi Bakının siyasətini tərifləyib və Ermənistanı, onun 44 günlük müharibədəki fəaliyyətini tənqid edib.
İ.V. da həmçinin Azərbaycan vətəndaşlığını istəyib və Xankəndidə, lakin Azərbaycanın yurisdiksiyasında yerləşmək arzusunda olub.
Hər iki epizod üzrə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi açılıb.
Xatırladaq ki, Türkiyədə yaşayan tanınmış erməni ictimai fəal İşxan Verdiyan bu günlərdə Azərbaycan Prezidentinə müaciət edərək Xankəndidə yaşamağı, vətəndaşlıq almağı istəmişdi. Digər videomüraciət yayan şəxs isə Vahe Qambaryan idi. Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda İ.V və V.Q adlanan şəxslərin məhz İşxan Verdiyanla Vahe Qambaryan olması şübhə doğurmur.
Tural Tağıyev
AzVision.az