Ermənistanda meriyaya silahlı basqının detalları açıqlandı

   Ermənistanda meriyaya    silahlı basqının detalları açıqlandı
  20 Avqust 2022    Oxunub:1793
Dünən Ermənistanın Masis meriyasının binasına edilən silahlı basqının təfərrüatları məlum olub. AzVision.az xəbər verir ki, ölkənin tanınmış kriminal saytı olan "Shamshiyan" insidenti törədən Eduard Markaryanın atdığı addımları detallı şəkildə dərc edib.
Məlum olub ki, o, hücumdan qabaq vilayət polisinin nümayəndəsi ilə görüşdə havaya atəş açdığını yazıb.

Məmur kreslosunda intihar: Markaryan cəmiyyətə mesaj verib?
"36 yaşlı Edvard Markaryan Saat 21:00 radələrində Ararat vilayətinin cinayət axtarış idarəsinin rəisinə zəng edərək onu görüşə dəvət edib. Masis-Ayntap yolunda təşkil olunan görüş zamanı Markaryan tapançadan havaya atəş açaraq ərazidən uzaqlaşıb.

Bundan sonra o, meriyaya gəlib və binaya daxil olduqdan sonra 4-cü mərtəbəyə, Masis icmasının rəhbəri David Hambardzumyanın iş yerinə qalxıb. O, burada da iki dəfə atəş açıb və qumbara atıb. Hadisə yerinə gələn polis və Markaryanın anası ilə intiharçı uzun sürən danışıqlardan sonra binaya basqın etmək qərarı verilib", - məqalədə yazılıb..

Əraziyə daxil olan xüsusi təyinatlılar merin kreslosunda kişi cəsədi aşkarlayıblar. Markaryanın yanından içərisində 4 güllə olan “Makarov” tapançası, stolun üstündə isə “F-1” qumbarası tapılıb.

Qeyd edək ki, dünən axşam saatlarında Masis meriyasına silahlı hücum olması barədə məlumat yayılmışdı. Bildirilir ki, terrorçunun binaya daxil olmasının ardınca partlayış və silah səsləri eşidilib. Həmin vaxt meriyada yalnız təmizlikçi və qarovulçu olub. İntihar edən erməni heç bir tələb irəli sürməyib. Sonradan onun şəhər Ağsaqqallar Şurasının keçmiş nümayəndəsi, 36 yaşlı Eduard Markaryan olduğu müəyyənləşib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qumbara   Mer  



Xəbər lenti