Ukraynanın “kosmik gözü” açıldı

// Kiyevə yüksək keyfiyyətli peyk görüntüləri veriləcək

   Ukraynanın “kosmik gözü” açıldı
  22 Avqust 2022    Oxunub:2481
ICEYE şirkəti ilə yeni müqaviləyə əsasən, rəsmi Kiyev 24/7 rejimində keyfiyyətli peyk görüntüləri ilə təmin ediləcək. Yüksək keyfiyyətli şəkillər Finlyandiyanın aerokosmik agentliyinin xüsusi kanalı vasitəsi ilə onlayn rejimdə Ukrayna Silahlı qüvvələrinin Baş Qərargahına ötürüləcək, analiz olunandan sonra isə yerlərdəki bölmələrlə əlaqəli fəaliyyətə start veriləcək.
Operativ məlumat HIMARS, MLRS M270 və MARS II yaylım atəşi sistemlərinə də hədəfləri müəyyən etməyə yardım göstərməlidir. ICEYE peyklərinin digər fərqliliyi görüntülərin qecə və hətta pis hava şəraitində alınması imkanıdır.

Ukrayna-Finlyandiya hərbi-kəşfiyyat əməkdaşlığının siyasi format almaması və Rusiya Federasiyası ilə gərginlik yaranmaması üçün aerokosmik agentliklə bütün texniki əlaqələr yerli EOS Data Analytics şirkəti tərəfindən keçiriləcək. Prosesin "maddi təminatçısı" rolunda isə Serqey Pritulanın könüllü fondu çıxış edir. Yəni formal olaraq, prosesə "kommersiya müqaviləsi" və "texniki əməkdaşlıq" donu geyindirilib...

Buna baxmayaraq, müharibə şəraitində olan Ukrayna tərəfi təbliğat sahəsini də unutmur. Ölkə mediasının yaydığı ilk ICEYE peyk görüntüsündə Rusiya ilə Krımı birləşdirən Kerç körpüsü əks olunub. Son hadisələr fonunda prioritet hədəf kimi...

Hans Kloss
AzVision.az üçün


Teqlər: Ukrayna  



Xəbər lenti