|
| Ermənistanda bir gündə üçüncü terror xəbərdarlığı |
"İdarənin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də saat 22:25 radələrində polisə zəng edən şəxs 10 dəqiqə ərzində tanışının bölmədən buraxılmayacağı təqdirdə, Aştarak RPŞ-ni partladacağını və rəhbərliyə zərər verəcəyini deyib. Bir neçə dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları zəng vuran şəxsin kimliyini və onun harada olduğunu müəyyən ediblər.
Proşyan küçəsində yaşayan 42 yaşlı vətəndaş tapılaraq şöbəyə aparılıb. Cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


